Ağcabədidə kütləvi zəhərlənmə: iki nəfər ölüb
26 oktyabr 2010 16:23 (UTC +04:00)

Ağcabədidə kütləvi zəhərlənmə: iki nəfər ölüb

Oktyabrın 26-da Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən kütləvi zəhərlənmə baş verib. Rayonun Taynaq kəndində ev şəraitində konservləşdirilmiş xiyar turşusundan 13 nəfər adam zəhərlənib.


Həmin şəxslər dərhal Ağcabədi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 57 yaşlı Ofeliya Mehdiyeva rayon xəstəxanasında dünyasını dəyişib. Xəstəxanaya müraciət edənlərdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün onlar təcili olaraq Bakıya aparılıblar. 60 yaşlı Fizuli Məmmədov Bakıdakı xəstəxanada vəfat edib.


Ağcabədi MRX-nın müdiri Arif Quliyev Lent.az-a bildirib ki, xəstəxanaya müraciət edən xəstələrin 9-u Bakıda Toksikologiya mərkəzində stasionar müalicə alır. Zəhərlənmə baş verən kənd həkim nəzarətinə götürülüb. Zəhərlənməyə səbəb olan xiyar turşusunun istifadə olunmamış hissəsi məhv edilib. Həmin kənddə insanlar arasında müayinələr aparılır.


Məlumata görə, hadisə məclisdə baş verib. Ağcabədi rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar