Polis Akademiyasındakı intiharın təfərrüatları məlum oldu
Oktyabrın 24-də saat 00:30 radələrində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında baş vermiş intiharın bəzi təfərrüatları məlum olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Akademiyanın müdavimi, Ağdam rayonunun işğal altında olan Maqsudlu kəndində anadan olmuş Mehdiyev Məmməd Səxavət oğlu özünü asıb. O akademiyanın yataqxanasının pəncərəsindəki nəfəsliyin çərçivəsindən özünü asaraq intihar edib. Mərhumun cənazəsi məcburi köçkünlər üçün salınmış Baharlı düşərgəsində məskunlaşmış ailəsinə təhvil verilib.
Lent.az-a verilən digər məlumata görə, M.Mehdiyevin psixoloji problemləri olub. O intihar etməzdən əvvəl yoldaşlarına bezdiyini və çətinliklərə dözə bilmədiyini deyib.
Qeyd edək ki, polis siravisi olan M.Mehdiyev əyani fakültənin müdavimi olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam Rza

Oxşar yazılar

Salyanda AĞIR QƏZA, 3 nəfər öldü
13 iyul 2025 , 15:50
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Naxçıvanda 34 yaşlı kişi qətlə yetirilib, onu öldürməkdə əmisi şübhəli bilinir
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28