“Orqan mafiyası”nda təqsirləndirilən ukraynalı həkim Azərbaycanda işləyib
“Qara transplantasiya” əməliyyatları aparmaqda günahkar bilinərək həbs olunan anestezioloq Yaroslav Romanenko 2009-cu ilin əvvəlində Azərbaycanda işləyib.
APA-nın «Qazeta.ua» saytına istinadən məlumatına görə, bu barədə Y.Romanenkonun vəkili Andrey Osipov bildirib.
“Qara transplantasiya” əməliyyatlarında təqsirləndirilən həkimlərin heç birinin günahının təsdiq olunmadığını bəyan edən vəkil müdafiə etdiyi şəxsin Azərbaycanda işlədiyini, amma donorlarla ünsiyyətdə olmadığını, pasientlərin xəstəlik tarixçəsini öyrənmədiyini söyləyib: “Romanenko yerli həkimlərə məsləhət verib, yalnız transplantasiya yox, bir çox əməliyyatlarda iştirak edib. Bəlkə kimsə pasientləri donor olmağa cəlb edib, amma Kiyevin Şalimov adına institutun həkimləri bu işlə məşğul olmayıblar”.
Vəkil Ukrayna Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıq və insan alveri ilə mübarizə Departamentini həkimlərin həbsinə lobbiçilik etməsində və müstəntiqlərə təsir etməkdə günahlandırıb: “Müstəntiqlər iş materiallarını oxumurlar, həkimlər isə istintaq təcridxanasında qalırlar. Ən acınacaqlı isə odur ki, DİN obyektiv istintaq aparmadan həm prezidentin katibliyinə, həm Ukrayna prezidentinə, həm də KİV-ə yanlış informasiya verib. Məhkəmədə müstəntiqlərin gözlərindən oxunurdu ki, onlar işin içində deyillər. Həkimləri həbs edən hakimin də işdən xəbəri yoxdur”.

928