Küçədə içib yatan “bomj”un faciəvi sonu
21 oktyabr 2010 11:33 (UTC +04:00)

Küçədə içib yatan “bomj”un faciəvi sonu

Oktyabrın 20-də saat 10:20 radələrində Hacıqabul rayonunda yanmış kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Şirvan şəhər sakini, 1963-cü il təvəllüdlü Ağalarov Mirhadı Əli oğlunun meyiti Hacıqabul gölünün yaxınlığında aşkarlanıb.


İlkin tədqiqat zamanı həmin şəxsin tüfeyli həyat tərzi keçirdiyi və küçələrdə, yol kənarlarında gecələdiyi məlum olub. Meyit aşkarlanarkən yanında araq butulkası da tapılıb. İlkin araşdırma nəticəsində mərhumun bir qədər alkoqollu içki qəbul edəndən sonra tonqal qalayaraq gölün kənarında yatdığı üzə çıxıb. M.Ağalarov yuxuya gedəndən sonra alov böyüyüb və yaxınlıqdakı benzin qabına keçib. Nəticədə içkili şəxsin paltarı od tutub və o, yanaraq, ölüb.



Faktla bağlı araşdırma davam etdirilir. Meyiti götürməyə gələn yaxınları 47 yaşlı mərhumun 20-30 ildən çoxdur, evə gəlmədiyini bildiriblər.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00