Qubadakı kütləvi məzarlıqda aşkarlanan insan sümükləri basdırılmayacaq
Qubada aşkar edilən kütləvi məzarlıqdakı insan sümükləri basdırılmayacaq. Lent.az-ın məlumatına görə, həmin ərazidə piramida şəklində abidə qurulacaq.
Tikiləcək memorial kompleksin həyətində erməni terrorunun qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə simvolik məzar daşları qoyulacaq. Artıq kompleksin tikintisinə başlanılıb. Hələlik işlərin təməlqoymaya qədər olan hissəsi davam etdirilir.
Eyni zamanda, Qudyalçayın məcrasında bəndqurma işləri də davam etdirilir. Tikinti işlərini həyata keçirən “Aykon” şirkətindən Lent.az-a verilən məlumata görə, tikinti işləri bir neçə mərhələdə həyata keçirilir. Kompleksin layihəsinə gəldikdə isə bu, piramida şəkilli bir abidə olacaq. Onun hündürlüyü müəyyən nöqtələrdə 18, bəzi hissələrdə 24 metr olacaq. Kompleksin tikintisi H.Əliyev fondu tərəfindən maliyyələşdirilir.
Vəli Turan

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00