9 ayda 43 torpaq sürüşməsi baş verib
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, son 30 ildə respublika ərazisində 128 sahədə torpaq sürüşməsi baş verib. Cari ilin yaz aylarında respublika ərazisinə yağıntıların çox düşməsi ilə əlaqədar əvvəlki illərlə müqayisədə, daha çox torpaq sürüşməsi qeydə alınıb. Belə ki, 2010-cu ilin 9 ayı ərzində 43 sahədə torpaq sürüşməsi baş verib ki, bunlara misal olaraq Ağsu çayının sağ sahilində, Muğanlı-İsmayıllı avtomobil yolunun 1-ci, 6-8-ci və 9-11-cı və 27-ci km-də, Masallı rayonu ərazisində Hişkədərə-Miyankü avtomobil yolunda, Lənkəran rayonunun Duryan kəndini digər yaşayış məntəqələri ilə birləşdirən avtomobil yolunda, Lənkəran rayonu ərazisində Lənkəran-Bəliton avtomobil yolunun 32-ci km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində yerləşən Havzava kəndi və İstisu qəsəbəsindəki nəqliyyat yolunda, Quba rayonu ərazisində Quba-Xınalıq avtomobil yolunun 45 və 48-ci km-də, Bakı-Şamaxı-Ağsu avtomobil yolunun 147-154-cü km-də, Yardımlı-Masallı avtomobil yolunun 16-cı və 25-ci km-də və digər yerlərdə baş vermiş torpaq sürüşmələrini göstərmək olar.
FHN payız mövsümünün gəlməsi ilə əlaqədar leysan yağışlarının daha da çox düşəcəyini nəzərə alaraq, sürücülərin və avtomobil yollarına yaxın məskunlaşan əhalinin nəzərinə çatdırır ki, yaşayış yerlərinə yaxın ərazilərdə və ya yollarda müxtəlif istiqamətli çatların, yarıqların və ya qırılmaların meydana gəlməsi, avtomobil yollarının yaxınlığından keçən su kəmərlərindən və kanalizasiya xətlərindən sızmaların baş verməsi, telefon dirəklərində və ağaclarda yamac boyu aşağı əyilmə və deformasiyaların müşahidə edilməsi və s. aşkar olunduqda həmin ərazidən təhlükəsiz sahəyə uzaqlaşmalı və dərhal aidiyyəti dövlət orqanlarında fəaliyyət göstərən qurumlar xəbərdar edilməlidir.

Oxşar yazılar

Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32