Yük maşınından 2 yeniyetmə meyiti tapılıb
Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, Elazığ vilayətində çınqılla yüklənən maşının yük hissəsində 13-14 yaşlı iki nəfərin meyiti tapılıb.
Meyitləri aşkarlayan tikinti işçiləri dərhal polisə məlumat veriblər. Əraziyə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri meyitlərin üzərində hər hansı zorakılıq əlaməti aşkarlamayıb. Yük maşının sürücüsü də maşında çınqılla bərabər meyitin olduğundan xəbərsiz olduğu bildirib.
İlkin ehtimallara görə, hər iki uşaq maşının yük hissəsində yatıbmış və qəflətən yükboşaldan onların üstünə çınqıl yükləyib. Bu zaman yuxulu uşaqlar xilas ola bilməyib. Faktla bağlı araşdırma aparılır və meyiti tapılan yeniyetmələrin şəxsiyyəti müəyyənləşdirilir.

551