Azərbaycanda partlayışlarda 4, qəzalarda 10, yanğınlar zamanı 8 nəfər həyatını itirib
Fövqəladə Hallar Nazirliyi 2010-cu ilin III rübü ərzində baş vermiş hadisələr üzrə statistik hesabatı açıqlayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu ilin III rübündə fərdi evlərdə 2 partlayış hadisəsi baş verib, 3 nəfər həyatını itirib, 4 nəfər xəsarət alıb.
Çoxmərtəbəli yaşayış binalarında partlayış qeydə alınmayıb. Mədən qaz-boru kəmərində bir partlayış olub, tələfat və xəsarət alanlar yoxdur.
Qəza-xilasetmə əməliyyatları zamanı 5 dəfə partlamamış silah-sursat aşkarlanıb. Mənzildə bağlı qapı arxasında kimsəsiz və köməksiz qalmış insanlarla bağlı 82 hadisə qeydə alınıb, 85 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. 2 intihar hadisəsinin qarşısı alınıb. 52 dəfə liftdə qalma halı olub, 93 nəfər xilasedicilərin köməyi ilə liftdən çıxarılıb. Ümumilikdə, ilin III rübü ərzində qəzalarda 10 nəfər həyatını itirib, 181 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb.
2010-cu ilin bu rübündə 3437 yanğın hadisəsi olub. Yanğınlar zamanı 8 nəfər həyatını itirib, 30 nəfər xəsarət alıb, 1 nəfər xilas edilib.

460