28 dilənçi saxlanılıb
Oktyabrın 15-də Nəsimi Rayon Polis İdarəsi (RPİ), Yasamal RPİ və Nizami RPİ əməkdaşları rayon ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 28 nəfəri saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. Saxlanılanlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
651