Qubada polis mayoru və polis nəfəri tutuldu
16 oktyabr 2010 11:24 (UTC +04:00)

Qubada polis mayoru və polis nəfəri tutuldu

Quba rayon Polis Şöbəsinin iki əməkdaşına qarşı cinayət işi açılıb. Bunlar şöbənin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis mayoru Faiq Əlimirzəyev və post patrul xidmətinin polis nəfəri Novruz Qurbanovdur.

Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, polis mayoru Faiq Əlimirzəyev barəsində həbs qəti imkan tədbiri seçilib. Novruz Qurbanov isə zaminə buraxılıb.

Polis mayoru Faiq Əlimirzəyeva qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılıb. Novruz Qurbanova qarşı isə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi qaldırılıb.

Faktı Quba rayon prokurorluğu da təsdiqləyib.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar