Hakimin xanımını öldürən şəxslər evdən heç nə aparmayıblar - FOTO
Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudovanı qətlə yetirən şəxs və ya şəxslər evdən heç nə aparmayıblar.
Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, mənzildə qarət faktı aşkarlanmayıb. Hakimin qonşuları hadisəni törədənlərin 2 nəfər olduğunu bildiriblər.
Qeyd edək ki, oktyabrın 15-də Nizami rayonu, rayonun Çobanzadə küçəsi 47, mənzil 30 qətl hadisəsi törədilib. Həmin ünvanda yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən evində xüsusi amansızlıqla qətlə yetirilib. Hadisə barədə polisə məlumat daxil olan kimi, Nizami rayon və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gəliblər. Hazırda hadisə yeri müayinə olunur, hadisənin baş vermə səbəbləri və qətlin kimin tərəfindən törədilməsi araşdırılır.
Qətlə yetirilən şəxs Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

723