“Erməni əsgər hərbi hissədə baş verən atışmada öldürülüb”
Bu barədə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib. Eldar Sabiroğlu deyib ki, ermənilər oktyabrın 14-də baş verən hadisənin motivini tamamilə dəyişərək, başqa cür təqdim edirlər. Onun sözlərinə görə, əslində son sutka ərzində Hadrut istiqamətində ümumiyyətlə, atəşkəs rejimi pozulmayıb: “Bizdə olan kəşfiyyat məlumatına görə, oktyabrın 14-ü saat 18.30 radələrində ermənilərin həmin 38401 saylı hərbi hissəsində əsgərlər arasında atışma olub. Nəticədə bir erməni əsgəri ölüb, ikisi isə ağır yaralanıb. Vəziyyət bundan ibarətdir. Onlar bu cinayəti ona görə gizlədirlər ki, son vaxtlar Ermənistan Ordusunda faciəvi hadisələrin ardı-arası kəsilmir. Bu səbəbdən də onlar öz cinayətlərini ört-basdır edirlər”.
Qeyd edək ki, erməni mətbuatı oktyabrın 14-ü, saat 19.00 radələrində Dağlıq Qarabağın Hadrut rayonu istiqamətində, 38401 saylı hərbi hissənin əsgəri İgityan Vitali Aşotoviçin Azərbaycan tərəfindən açılan atəşdən başından yaralandığını, onun hospitala aparılarkən yolda öldüyü barədə məlumat yayıb.

480