Öldürülən qadın Ali Məhkəmə hakiminin həyat yoldaşı imiş
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün günorta saatlarında, rayonun Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən evində xüsusi amansızlıqla qətlə yetirilib. Hadisə barədə polisə məlumat daxil olan kimi, Nizami rayon və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gəliblər. Hazırda hadisə yeri müayinə olunur, hadisənin baş vermə səbəbləri və qətlin kimin tərəfindən törədilməsi araşdırılır.
Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qətlə yetirilən şəxs Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

603