Günün tarixi
16 oktyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1830. Zaqatalada rus zülmünə qarşı 21 iyunda başlayan üsyan yatırılıb

1855. Görkəmli hərbi xadim Səməd bəy Mehmandarov anadan olub

1908. Albaniyanın kommunist lideri Ənvər Xoca anadan olub

1919. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi anadan olub

1920. Azərbaycan İnqilab Komitəsi pambıq sənayesinin inhisarlaşdırılması barədə dekret verib

1920. AKP-nin II qurultayı başlayıb

1921. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Azərbaycan Dövlət Bankının yaradılması barədə dekret verib

1923. Uolt Disney şirkəti təsis edilib

1924. Topqapı muzeyi açılıb

1946. Nürenberq prosesində barəsində ölüm hökmü çıxarılan hərbi canilər edam edilib

1959. SSRİ-də ilk dəfə olaraq Moskvada yeraltı piyada keçidləri açılıb

1964. Çin ilk atom sınağını keçirib

1968. SSRİ və Çexoslovakiya arasında sovet qoşunlarının bu ölkədə qalmasına dair protokol imzalanıb

1970. Ənvər Sadat Misir prezidenti seçilib

1978. Tarixdə ilk slavyan, 1523-cü ildən bəri ilk qeyri romalı şəxs – polyak Karol Volytila (İkinci İohan Pavel) Roma papası seçilib

1990. Qorbaçov “bazar iqtisadiyyatına keçid” haqqında qərar verib

1992. “91-lər” (91 tanınmış ziyalı) Heydər Əliyevə müraciət edib

1992. Azərbaycanla Türkmənistan arasında nəqliyyat sahəsində qarşılıqlı münasibətlərin prinsipləri haqqında Saziş imzalanıb

1992. Türkiyə ordusu İraqa girib

2000. Azərbaycanla Rusiya arasında informasiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2001. Azərbaycanla Ukrayna arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2004. Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirilib

2006. Aqşin Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib

2006. GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçib

2007. Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirilib

Günün aforizmi

“Mehmandarov nadir artileriyaçıdır”.

Qafqaz ordusunun komandiri İ.Ç.Yakir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar