Qubada aşkar edilən kütləvi məzarlıq dağılır
15 oktyabr 2010 13:50 (UTC +04:00)

Qubada aşkar edilən kütləvi məzarlıq dağılır

2007-ci il aprel ayının 1-də Qubada aşkar edilən kütləvi məzarlıqdakı kəllə sümüklərində parçalanma prosesi sürətlənib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib.

Onun sözlərinə mövsümlə əlaqədar olaraq rütubət artdıqca sümüklərdə parçalanma prosesi də sürətlənir. Qəhrəman Ağayevin sözlərinə görə, xüsusilə uşaq kəllə sümüklərində deformasiya prosesi daha sürətlə gedir. Artıq bir neçə belə kəllə sümüyü deformasiyaya məruz qalıb. Əgər məzarlıqda olan sümüklər vaxtında dərmanlanmasa ermənilərin azərbaycanlılara və Qubada yaşayan digər azsaylı xalqlara qarşı törətdiyi soyqırımın ən bariz nümunəsi olan bu faktlar məhv olacaq.

Mütəxəssis bildirib ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tərəfindən məzarlıqdan götürülən 7000 sümük dərmanlanıb, bu proses başa çatıb. “Məzarlıqda qalan sümükləri isə yerində dərmanlamaq lazımdır” – deyə, Qəhrəman Ağayev bildirib.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar