Toyda qardaş qardaşı öldürdü
Oktyabrın 14-də 19:00 radələrində Qazax rayon Daş Salahlı kəndində qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, kənd sakini Pənahov Novruz Kamil oğlu (1957) kiçik qardaşı Əliyev Nahim Kamil oğlunu (1960) bıçaqlayaraq öldürüb.
Üç bıçaq yarası almış N.Əliyev hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Həmin vaxt qardaşların sərxoş olması da istisna olunmur. Belə ki, qonşuluqdakı toyda iştirak edən qardaşların arasında mübahisə yaranıb və nəticədə qanlı olay törədilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş başlanılıb.
53 yaşlı N.Pənahov şübhəli şəxs qismində saxlanılıb.
Nizam Rza

Oxşar yazılar

Ağsuda avtobus qəzaya uğradı, yaralılar var
25 aprel 2025 , 23:44
Ağstafada canavar 27 qoyunu parçaladı
25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB
25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı
25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi
25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu
25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı
25 aprel 2025 , 18:17