İraqda minaya düşən zəvvarlar avtobusda deyil, “Hyundai” markalı maşında olublar
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, minaya düşərək partlayan azərbaycanlı zəvvarların getdiyi avtobus deyil, onun arxasınca gələn “Hyundai” markalı maşın olub. Ölən və yaralananlar məhz həmin maşında olan azərbaycanlı zəvvarlardır. Avtobusda olan zəvvarlarımız isə Kərbəlaya sağ-salamat çatıblar.
Diplomatın sözlərinə görə, hadisə zamanı soydaşlarımızdan İntiqam Rüstəmov həlak olub, Elvin Aslanov, Abdullayev Elçin Tahir oğlu və Abdullayev Elçin Vahid oğlu yaralanıblar. Ayağından yaralanan Elvin Aslanov Bağdada aparılıb və orada cərrahiyyə əməliyyatı olunub. Azərbaycanın İraqdakı səfirliyi vətəndaşlarımızın durumunu nəzarət altında saxlayır. XİN əməkdaşı nazirliyin hələ bir müddət əvvəl Azərbaycan vətəndaşlarına İraqa səfərdən çəkinməyi tövsiyə etdiyini xatırladıb.

Oxşar yazılar

Bakıda üç avtomobil toqquşdu
5 iyul 2025 , 03:08
Şəkidə sürücünün ürəyi tutdu, qəza edib öldü
5 iyul 2025 , 00:31
Şəmkirdə 3 azyaşlı göldə batdı - YENİLƏNİB
4 iyul 2025 , 19:29
Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59