Müdafiə Nazirliyi və Daxili Qoşunlar “dedovşina” faktı ilə bağlı video görüntülərə münasibət bildirib
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında internetdə yayılan video görüntülərin köhnə olduğunu bildirib: “O, köhnə məsələdir və bizə aidiyyəti yoxdur”.
Azərbaycan Daxili Qoşunlarının mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova isə APA-ya açıqlamasında bunun qabaqcadan hazırlanmış təxribat olduğunu bildirib. İnternetdə yayılan video görüntülərin köhnə kadrlar olduğunu vurğulayan T. Məmmədova Daxili Qoşunlarda “dedovşina” faktının olmadığını bəyan edib: “Bu gün Daxili Qoşunlarda yüksək səviyyədə xidmət təşkil olunub və şəxsi heyət nümunəvi xidmət aparır. Həmin məlumatlar təxribatçı qüvvələr tərəfindən hazırlanıb və ictimaiyyəti çaşdırmağa xidməti edir”.
Qeyd edək ki, “Facebook” paylaşım şəbəkəsində Azərbaycan Ordusunda guya yeni “dedovşina” faktının yayılmasını əks etdirən video görüntülər yer alıb. Bunun ardınca dünən gecə saatlarında ingilis, fransız, alman, ispan, türk və başqa dillərdə nəşr olunan media qurumlarının internet saytlarında Azərbaycan Ordusunda baş verən ağlasığmaz özbaşınalıq faktına dair şərhlər yayılıb. Görüntülərdə rütbəli iki zabit 19 əsgəri sıraya düzüb təpik və şillələrlə döyməsi əks olunur.

1310