İmişlidə “VAZ 2107” elektrik dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı
14 oktyabr 2010 11:40 (UTC +04:00)

İmişlidə “VAZ 2107” elektrik dirəyinə çırpıldı: 1 ölü, 3 yaralı

Rayon polis idarəsindən Lent.az-a verilən məlumata görə, yüksək sürətlə hərəkət edən 90 ER 025 dövlət nömrə nişanlı “VAZ 2107” yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

Sonra avtomobil divarı yararaq sakinlərdən birinin həyətinə girib. Hadisə nəticəsində maşının sürücüsü, 1985-ci il təvəllüdlü Quliyev Sirac Sabir oğlu vəfat edib. Maşında olan 3 sərnişin isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bunlar Abbasov Mircəlal Miraslan oğlu (1987), İsmayılov Elsevər Səyyad oğlu (1988) və Məmmədov qalib Eldar oğludur (1984). Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.



Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238

Oxşar yazılar