Atəşkəs bir neçə istiqamətdə pozulub
14 oktyabr 2010 10:28 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 13-də saat 12.55-dən 13.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 07.40-dan 08.00-dək və 16.35-dən 17.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.50-dən 13.00-dək, 15.45-dən 16.05-dək və 22.40-dan 22.50-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 14-də saat 04.00-dan 04.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 04.00-dan 04.30-dək və 06.00-dan 06.05-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar