Generalın qətlində 200 min avro müəmması
13 oktyabr 2010 18:48 (UTC +04:00)

Generalın qətlində 200 min avro müəmması

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə mərhum general Rail Rzayevin hüquqi nümayəndəsi və müdafiə tərəfi çıxış edib.

Generalın hüquqi nümayəndəsi çıxışında Rail Rzayevin seyfindən götürülən 200 min avronun onun varisinə verilməsini məhkəmədən xahiş edib: “Biz məhkəmənin ədalətli qərar çıxaracağına inanırıq. Eyni zamanda dövlət ittihamçısının çıxışı ilə də razıyıq”.

Daha sonra prosesdə təqsirləndirilən Anar Həşimovun vəkili Aydın Əliyev çıxış edib. Vəkil çıxışında ibtidai istintaqın ziddiyyətli aparıldığını qeyd edib: ”Yüksək rütbəli şəxslər mətbuata açıqlamalarında bildirirdilər ki, cinayət işi ilə əlaqədar bir neçə nəfər həbs olunub. Lakin onlar həmin şəxslərin cinayət işində nə qədər təqsirli olmaları ilə bağlı suallara birmənalı cavab verməyiblər. Anar Həşimov barəsində həbs-qəti imkan tədbiri əsassız olaraq seçilib. Cinayət materialları göstərir ki, onun cinayətdə əli yoxdur. O heç kimlə cinayət əlaqəsinə girməyib və heç kimin əmlakını talamayıb. Anar Həşimov Azərbaycana xələl gətirən heç bir məlumata məxsus olmayıb və heç bir məlumat da yaymayıb”.

Aydın Rəfiyevin vəkii Bəylər Məmişov da istintaqın ziddiyyətli aparıldığını deyib: “Rail Rzayev rəhmətə gedəndə Aydın Rəfiyev onun ailəsinə 200 min avro pul barədə deyib. Onlar isə bildiriblər ki, həmin pulu gizlət, sonra götürərik. Onun pulu götürməkdə başqa məqsədi olmayıb. Rail Rzayev dəfələrlə onunla söhbətində bildirib ki, oğlu Qurban Rzayevdən başqa heç kimə etibar etmir”.
Vəkil onu da deyib ki, generalın otağında heç bir məxfi sənəd olmayıb: “Aydın heç bir məxfi sənəd barədə məlumat verməyib. Bildirilir ki, guya Aydın Rəfiyev hərbi xidmətə çağırılan çağırışçıların yaxınlarından rüşvət alıb. Onu mütəşəkkil dəstənin üzvü olmaqda təqsirləndirirlər. Bəs həmin dəstənin başçıları haradadır? Onların barəsində niyə istintaq bir söz demir?”.

Anar Rəfiyevin vəkili isə çıxışa hazır olmadığına görə, növbəti prosesdə çıxış edəcəyini deyib.

Məhkəmə prosesi oktyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R. Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general R. Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R. Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində “general-leytenant” poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus “Mitsubishi-Pajero” markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.

Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10