İnsan orqanlarının “qara transplantasiya”sı ilə bağlı araşdırmalara başlanılıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Ukrayna Daxili İşlər Nazirliyindən Azərbaycanın Baş Prokurorluğuna daxil olmuş müraciət araşdırılması üçün aidiyyəti üzrə Respublika Daxili İşlər Nazirliyinə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə APA-nın sorğusuna cavabında Baş Prokurorluqdan onlara belə bir müraciətin daxil olduğunu təsdiqləyib və bununla əlaqədar müvafiq araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov bir neçə gün əvvəl mətbuata açıqlamasında ölkədə insan orqanlarının “Qara transplantasiya”sı barədə yayılan məlumatlara münasibət bildirib. Mətbuatda yayılan istənilən cinayət hadisəsi barədə informasiyaların prokurorluq orqanları tərəfindən ciddi araşdırıldığını qeyd edən Z. Qaralov Ukrayna Daxili İşlər Nazirliyinin orqan mafiyası ilə bağlı Baş Prokurorluğa müraciət etdiyini bildirib: “Ukrayna daxili işlər orqanları Azərbaycan mətbuatına açıqlama verərək onların əlində insan orqanlarının “qara transplantasiyası” ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirib. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə bu məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi üzə çıxarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq”.

766