3 min ildə bir dəfə açılan çiçək -
3 min ildə bir dəfə açıldığı iddia olunan əfsanəvi udumbara çiçəyinə Türkiyədə rast gəlinib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, udumbara Bursada 1 almanın üzərində açıb.
Bitkilərin üzərində parazit formasında bitən udumbaranın gövdəsinin uzunluğu 5-7 millimetr arasında dəyişir. İndiyə qədər dünyada cəmi 17 dəfə udumbaraya rast gəlinib.
Bursanın Gözede kəndində alma toplamağa gedən Mücahid Kətançı qopardığı almanın üzərində olan çiçəyi çox kiçik olmasına rəğmən gördüyünü söyləyib. O, bundan əvvəl mətbuatda bu udumbara barədə oxuduğu üçün onu tanımaqda çətinlik çəkmədiyini bildirib.
Kətançı bu çiçəyi təcili olaraq, dövlətin müvafiq qurumlarına təqdim etmək istədiyini, bu nadir çiçəyin yox olmasını istəmədiyini vurğulayıb.

1240