Çindən qaçaqmalçılıq yolu ilə gətirilən xəz geyimləri aşkarlanıb
Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) «APA-ECONOMICS»ə verilən məlumata görə, Urumçi-Bakı sərnişin aviareysi ilə gələn sərnişinlərə və baqajlara gömrük nəzarəti zamanı, Azərbaycan vətəndaşı Cavid Məmmədovun çantası «Rapiscan 628» markalı «X-Ray» aparatından keçirilib. Bundan sonra, qanunvericiliyə uyğun olaraq, DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən çantanın içərisinə baxış zamanı, çantadan C.Məmmədovun bəyan etmədiyi, «Borth» və «Lola Forner» etiketli, cəmi 11 ədəd qadın xəz geyimi aşkar olunaraq protokol əsasında götürülüb.
993