Bakıda 16 yaşlı qız intihar etdi
12 oktyabr 2010 10:56 (UTC +04:00)

Bakıda 16 yaşlı qız intihar etdi

Yasamal rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə 16 yaşlı məktəbli Xalidə Əlibabayeva özünü Elmlər Akademiyası metrosunun yaxınlığında, Zahid Xəlilov küçəsindəki yaşadığı binanın 16-cı mərtəbəsindən atıb.


Yeniyetmə elə hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimal kimi qızın depressiyada olması əsas götürülür. Prokurorluqdan onu da bildirdilər ki, Xalidənin telefonunda hadisədən bir neçə dəqiqə əvvəl göndərilmiş və qəbul olunmuş SMS-lər olub.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar