Ata və oğulun boğulduğu məşum quyu –
Xəbər verdiyimiz kimi, bu gün saat 11:00 radələrində Bakı şəhər, Nizami rayonu Babək prospekti 38 ünvanında bədbəxt hadisə baş verib. Kanalizasiya quyusuna düşən 2 nəfər ölüb, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölənlər 1965-ci il təvəllüdlü Əli Əhmədov və onun oğlu, 1990-cı il təvəllüdlü Səbuhi Əhmədovdur. Xəstəxanaya çatdırılan 28 yaşlı Dursun Məmmədovun vəziyyəti isə ağırdır.
Lent.az-ın əməkdaşı hadisə yerində olub. Biz hadisə yerinə çatanda meyitlər və yaralı oradan aparılmışdı. Ətrafda sadəcə post-patrul xidmətinin əməkdaşları vardı. Dəmir qapağı olmayan quyunun üstü taxta parçası ilə örtülü idi. Qapağı açanda təxminən 10-12 metr dərinliyindəki quyunun dibində neft-mazut qalıqlarının olduğu və ləpələndiyi aydın görünürdü. Quyunun içində həlak olmuş şəxslərin çəkələkləri də qalmışdı.
Nizam Rza

Oxşar yazılar

Generalın öldürüldüyü maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT
25 aprel 2025 , 15:49
“Tərtər işi”ndə ittiham olunan polkovnik və digərləri ilə bağlı YENİ QƏRAR
25 aprel 2025 , 14:30
Bakıda fəhlə işlədiyi evdə özünü asdı
25 aprel 2025 , 14:15
Bakıda maşından külli miqdarda pul oğurlandı
25 aprel 2025 , 13:47
Moskvada TERROR: general öldü - VİDEO
25 aprel 2025 , 13:24
"Heç cibimdəki pulları saya bilmirəm" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ
25 aprel 2025 , 12:45
Doqquzuncu mərtəbədən yıxılan uşağı göydə tutdu: film kimi OLAY
25 aprel 2025 , 12:37