Bakıda polis kapitanı vətəndaşın ayağına atəş açıb
11 oktyabr 2010 11:52 (UTC +04:00)

Bakıda polis kapitanı vətəndaşın ayağına atəş açıb

Hadisə ötən gecə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Qaradağ rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Aydın Məmmədov tabel silahı ilə Lökbatan qəsəbə sakini Ağaməmməd Ağayevi vurub. Yaralı ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, polis kapitanı A. Məmmədov ilkin ifadəsində təsadüf nəticəsində tapançadan atəş açıldığını qeyd edib.

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən A. Məmmədov Qaradağ RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsinin inspektorudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar