Leysan çayları daşdırıb
Dünəndən yağan leysan yağışlar nəticəsində respublikanın çaylarında sululuq artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildiriblər ki, Balakən-Şəki bölgəsinin Kişçay, Şinçay, Küngütçay, Zəyzitşay, Qaraçay, Dəhnəçay, Daşağılçay, Əyriçay, Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Hamamçay və Türyançay çaylarında qısamüddətli daşqın olub. Belə ki, Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi 30-90, Quba-Xaçmaz bölgəsinin çaylarında 20-40, Qazax-Gəncə bölgəsinin çaylarında isə 10-27 santimetr artıb.
Hazırda respublikanın çaylarında sululuq ongünlük normadan yüksəkdir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 393-693 faizini, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 115-494 faizini, Balakən-Şəki və Qazax-Gəncə bölgəsi çaylarında isə normanın 165-281 faizini təşkil edir.
Milli Hidrometeorologiya Departamentində bildirirlər ki, Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlar, eləcə də Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 103 santimetr artıb. Nəticədə su sərfi saniyədə 203 kubmetr (ongünlük normanın 212 faizi), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 16 santimetr artaraq su sərfi saniyədə 220 kubmetr (ongünlük normanın 136 faizi) təşkil edib.
Hazırda Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Belə ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 (2010-cu il mayın 21-də 955), Şirvanda 341 (2010-cu il mayın 18-də 853), Bankədə 262 (2010-cu il mayın 18-də 503), Salyanda 360 (2010-cu il mayın 18-də 855), Araz-Novruzluda isə 170 santimetr (2010-cu il mayın 21-də 734 santimetr) təşkil edir.
Elxan SALAHOV

689