Bəzi rayonlarda qar yağacaq
06 oktyabr 2010 12:16 (UTC +04:00)

Bəzi rayonlarda qar yağacaq

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 15-17, axşam 13-15 dərəcə isti olacaq.



Oktyabrın 7-də yağış yağacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 12-14, gündüz 16-18 dərəcə isti olacaq.


Oktyabrın 8-də hava buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15, gündüz 18-21 dərəcə isti olacaq.


Oktyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında oktyabrın 7-də yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-14, gündüz 15-20, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacaq.


Oktyabrın 8-9-da hava, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar