
Göyçayda yol qəzası: 3 yaralı
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində, Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. Göyçay rayon sakinləri - 1959-cu il təvəllüdlü Babayev Ədalət Ənvər oğlunun idarə etdiyi 10 ZK 376 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla, 1987-ci il təvəllüdlü Əsədov Aqil Vidadi oğlunun idarə etdiyi 23 BG 650 dövlət nömrə nişanlı “VAZ 2105” markalı avtomobil toqquşub. Nəticədə. A. Əsədov və onun sərnişinləri - 1988-ci il təvəllüdlü Məmmədov Sübhan Mübariz oğlu, 1992-ci il təvəllüdlü Əliyev Samir Mübariz oğlu xəsarət alıblar. Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətlərinin normal olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33