Vergidən yayınan iş adamının cinayət işi Baş Prokurorluqda
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Fəxrəddin Eldar oğlu İsmayılov barəsində başlanmış cinayət işi üzrə araşdırma tamamlanıb.
Vergilər Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, «Tikinti Quraşdırma-TŞ», «BT İnşaat», «Boldeks», «Təminat 4», «Fitex», «Optimus 2008» və «Bakı 2009» MMC-nin direktoru Fəxrəddin İsmayılov qeyd olunan təşkilatların mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındırıb.
İstintaq zamanı Fəxrəddin İsmayılov törətdiyi cinayət faktları ilə bağlı başlanmış müxtəlif cinayət işləri bir icraatda birləşdirilib, zəruri araşdırma hərəkətləri yerinə yetirilib, müvafiq ekspertizalar keçirilib və onun cinayət əməlləri təkzibolunmaz sübutlarla təsdiq edilib.
Fəxrəddin İsmayılova Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub. Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

542