Bakının mərkəzində bir nəfərlik aksiya –
Bakının mərkəzində bir nəfərlik aksiya keçirilib. Lent.az-ın məlumatına görə, sentyabrın 29-da saat 13:30 radələrində Səbail rayonunda Xalçaçılıq Muzeyinin önündə üzərinə plakatlar yapışdırılmış minik avtomobilini saxlayan kişi maşının qapı və pəncərələrini bağlayaraq içəridə qalıb.
Bu üsulla diqqəti üzərinə çəkməyə çalışan həmin kişi insanlardan kömək istəyib. Maşının üzərinə yapışdırdığı kağızlarda “Nəzir qutusu”, “800 manat borcum var. Kömək edin, canımız qurtulsun” və s. yazılar yapışdırılıb.
Həmin aksiyaçı bu yolla 40 dəqiqəyə yaxın mərkəzi magistral yolda avtomobillərin hərəkətinə də maneə törədib.
Maşının başqa bir təhlükə törətməməsi üçün Post Patrul Xidmətinin 2 avtomobili həmin maşını öndən və arxadan sıxaraq hərəkətinə mane olub. İçəridə havasızlıq şəraitində qalan kişi jurnalistlərin köməyi ilə su da içib.
Sonda Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov hadisə yerinə gəlib və onun göstərişi ilə maşını ön pəncərəsi sındırılaraq aksiyaçı maşından çıxarılıb.
Vüqar Baba

Oxşar yazılar

Bakıda istixana yandı - YENİLƏNİB - VİDEO
24 aprel 2025 , 11:50
Bakıda yoxa çıxan məktəbli qızlardan YENİ XƏBƏR
24 aprel 2025 , 11:45
Bakıda qadın aptekdə öldü - YENİLƏNİB
24 aprel 2025 , 11:36
Bakıda zavodda FACİƏ: qadın barmaqlarını itirdi
24 aprel 2025 , 11:33
Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü
24 aprel 2025 , 11:10
Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var - ADLAR
24 aprel 2025 , 10:45
Fahişəliyə məcbur edilən azərbaycanlı qadın xilas olundu
24 aprel 2025 , 10:28