Anasını və arvadını öldürən şəxs ekspertizadan keçiriləcək
28 sentyabr 2010 15:52 (UTC +04:00)

Anasını və arvadını öldürən şəxs ekspertizadan keçiriləcək

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Elman Osmanovun psixoloji durumunun normal olub-olmaması barədə ekspertiza keçirilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, E. Osmanov aprelin 8-də ailə münaqişəsi zəminində anası Akifə Osmanovanı və həyat yoldaşı Aytəkin Osmanovanı bıçaqlayaraq qətlə yetirib. Sonra özünü öldürmək istəyən E. Osmanov bıçaqla boğazını ağır yaralayıb. İstintaqa ifadə verən E. Osmanov futbol oyunlarına pul yatırmaqla məşğul olduğunu, bu səbəblə 10 min manat borcu yarandığını, hadisənin də məhz bu səbəbdən baş verdiyini deyib.

E. Osmanov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar