Faiq Ağayevin vəziyyəti normallaşıb
Sentyabrın 27-də səhər saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən və üzərində cərrahiyyə əməliyyatı ararılan Azərbaycanın xalq artisti Faiq Ağayev bu gün özünə gəlib.
Klinik Tibbi Mərkəzin baş həkim müavini Adil Salahov APA-ya bildirib ki, bu gün səhər Faiq Ağayev başqalarının köməyi ilə ayağa qalxıb və bir az gəzib: “Faiq Ağayevin vəziyyəti yaxşıdır. Daimi olaraq monitordan onu izləyirəm. Artıq ayağa qalxmağa güc tapıb və bir az gəzməyə müvəffəq olub. Sabah artıq özü ilə danışa biləcəksiniz. Bu gün isə hələ icazə verə bilmərik”.
Baş həkimin müavini deyib ki, hələlik xalq artistinin neçə gün reanimasiyada saxlanılacağı bəlli deyil.

508