Gəncədə 2 uşağın üzərinə qaynar su tökülüb
Sentyabrın 26-da saat 13:30 radələrində Gəncədəki 2 saylı Uşaq Xəstəxanasından Nizami rayon Polis şöbəsinə daxil olan məlumata görə, 2008-ci il təvəllüdlü Gəncədə anadan olmuş Novruzov Qənaət Emin oğlu üzərinə qaynar su tökülməsi nəticəsində yanıb. Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın gəncəbasar müxbirinə verilən məlumata görə, daha belə bir hadisə sentyabrın 27-i saat 00:40 radələrində qeydə alınıb. 2006-cı il təvəllüdlü Qarayev Nicat Fərid oğlu da qaynar sudan aldığı yanıq xəsarətləri ilə 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Vüsalə Cənnətova
Vüsalə Cənnətova
619