Türkiyədə oğurluq edən azərbaycanlı tutulub
24 sentyabr 2010 19:00 (UTC +04:00)

Türkiyədə oğurluq edən azərbaycanlı tutulub

0
Türkiyənin Alaniya şəhərində xalçaçılıq firmalarının birinin ofisindən bir ədəd medal və qızıl suyuna çəkilən 4 lövhə oğurlayan azərbaycanlı həs olunub. Lent.az-ın “yenialanya.com” saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı Rəşid Əsədov əşyaların qızıldan olmasını zənn edərək belə addım atıb.


Əsədov Obagöl məhəlləsindəki binaya pəncərənin şüşəsini qırmaqla daxil olub. Səhər ofisə gələn işçilər oğurluq haqda polisə dərhal məlumat verib. Polis çox keçmədən oğurluğun Rəşid Əsədovun etdiyini müəyyənləşdirib və onu həbs edib. 19 yaşlı Əsədov hazırda Alanya şəhər Polis İdarəsində saxlanılır. Onun haqqında cinayət işinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar