Bakıda 20 inək xilas edilib
Sentyabrın 22-də Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m. olan tövlənin damında 4 ton ot bağlaması və həmin tövlənin yaxınlığında yığılmış məişət tullantıları 200 kv.m. sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tövlədə olan 20 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas olunub.
Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
613