Günün tarixi
22 sentyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1520. Osmanlı padşahı Sultan Səlim anadan olub

1792. Fransada Üçüncü Respublika elan edilib

1862. Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edib

1908. Osmanlı İmperiyası Bolqarıstanı tanıyıb

1920. Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov Şəkidə anadan olub. O, müqavimət hərəkatına “Xarqo”, “Armed Michel” və digər adlarla iştirak edib, Fəxri legion ordeni ilə təltif edilib

1924. Məmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd Qaraca anadan olub

1927. Syera Leonedə köləlik ləğv edilib

1959. Avropanı Amerika ilə birləşdirən ilk sualtı kabel xəttinin açılıb

1964. Xanəndə İslam Abullayev vəfat edib

1965. Hindistan və Pakistan arasında atəşkəs sazişi imzalanıb

1968. Mali respublikası müstəqilliyini elan edib

1991. Tacikistanda Kommunist Partiyası qadağan edilib

1994. Efiopiyada yaşı 4,4 milyon olan insanın qalıqları tapılıb. Bu hazırda dünyanın ən qədim insanı hesab olunur

2003. Niderlandın xarici işlər naziri Yaap de Hoop Şheffer NATO-nun baş katibi seçilib

2008. Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib

2008. Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında “Ikiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanıb.

Günün aforizmi

“O qeyri-adi dərəcədə gözəl insan, etibarlı dost, qorxubilməz döyüşçü idi”.

Fransız veteran Rene Şambar Əhmədiyyə Cəbrayılov haqqında
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar