Azərbaycanlı aktrisa İranın “Səkkizinci göy”ündə -
Xalidə Quliyevanın Lent.az-a verdiyi məlumata görə, tərəf müqabili İranın tanınmış aktyoru Məhəmməd Kasıbi olub. Övladları rolunda isə Azərbaycandan Qurban Məsimov və Zülfiyyə Alhüseynova çıxış edib. Filmin ssenari müəllifi və rejissoru Həsən ağa Nəcafi, prodüseri Camal Şürja, operatoru Məhəmməd Taqi Paksima, səs rejissoru Məhəmməd Muxtaridir.
Aktrisa bildirib ki, ssenari xüsusi olaraq, ona yazıldığından yaratdığı baş qəhrəmanın da adı Xalidədir: “Biz ay yarım İranda qaldıq. 26 günə bütün çəkilişləri bitirdik. Film çox maraqlıdır. Azərbaycandan bir qadın iki övladı ilə İrana ziyarətə gedir. Orda təsadüfi bir hadisə nəticəsində oğlu xəstəxanaya düşür. Bütün hadisələr ondan sonra başlayır, filmin süjet xətti açılır. Filmin ideyası budur ki, insanlar bir-birinə yaxınlaşsa, dayaq dursa, dərdlər, problemlər də olmaz. Bu iş mənə “Nəsimi” filminin çəkilişlərini, o əqidəni, amalı xatırlatdı. Onu da deyim ki, bu, mənim onlarla ikinci işbirliyimdir. İlk işimiz isə “İtkin pay” filmi oldu”.
X.Quliyevanın sözlərinə görə, filmin ilk premyerası yaxın vaxtlarda Tehranda baş tutacaq. Daha sonra isə Heydər Əliyev Sarayında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.
Aktrisa onu da qeyd edib ki, Həsən ağa Nəcafi Qarabağ haqqında film çəkməyə hazırlaşır. Filmin sinopsisi artıq hazırdır. Bu ekran əsərində də əsas rollardan biri Xalidə Quliyevaya həvalə olunacaq.
Xəyalə Muradlı

1794