15 yaşlı qızı zorlayan ataya və əmiyə hökm oxundu
20 sentyabr 2010 16:01 (UTC +04:00)

15 yaşlı qızı zorlayan ataya və əmiyə hökm oxundu

Sentyabrın 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 15 yaşlı qızını zorlamaqda təqsirləndirilən ata və əminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən Neftçala rayon sakinləri Rüfət Nəcəfov və onun qardaşı Ziyafətə hökm oxunub. Hökmə əsasən, Z. Nəcəfov 10 il, Rüfət Nəcəfov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu ilin fevralında Z. Nəcəfov 15 yaşlı qızı Gülnarəni (adı şərtidir) zorlayıb. O, mütəmadi olaraq qızı ilə cinsi əlaqəni davam etdirib. Z. Nəcəfovun həbsdə olan qardaşı Rüfət həbsdən çıxdıqdan sonra qardaşı qızı Gülnarəni zorlamağa başlayıb. Bunu görən Z. Nəcəfov qardaşından polisə şikayət edib. Gülnarə polisə ifadə verən zaman atasının və əmisinin onu zorladığını bildirib. Gülnarənin atası və əmisi cinayət məsuliyyətinə cəlb olunublar.

İbtidai istintaq zamanı isə daha bir dəhşətli fakt ortaya çıxıb. Belə ki, Gülnarə istintaqa ifadəsində atasından qabaq ilk dəfə qardaşı tərəfindən zorlandığını söyləyib. Qardaşı hərbi xidmətə yola düşdükdən sonra atası, daha sonra isə əmisi tərəfindən zorlanıb.

Gülnarənin qardaşı hərbi xidmətdə olduğundan onun barəsində olan cinayət işinin istintaqı ayrı icraatda aparılır.

Qeyd edək ki, Ziyafət və Rüfət Nəcəfovlar Cinayət Məcəlləsinin 149-cu (Zorlama), 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə ittiham olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar