Mədət Quliyev: “Baş Mühafizə İdarəsində ixtisarlar aparılır” - MÜSAHİBƏ
Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyevin APA-ya müsahibəsi
- Artıq yeni dərs ili başlayıb. Təhsil müəssisələrinin mühafizəsi ilə bağlı Baş Mühafizə İdarəsinə müraciətlər daxil olubmu?
- Bu günədək Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə respublikada fəaliyyət göstərən təhsil ocaqlarından ümumilikdə 34 müraciət daxil olub. Təbii ki, həmin müraciətlərin hamısı təmin olunub. Bu gün respublika üzrə 34 təhsil müəssisəsi Baş Mühafizə İdarəsinin silahlı əməkdaşları tərəfindən mühafizə olunur. Daxili işlər naziri cənab Ramil Usubov yeni dərs ilinin başlaması ilə əlaqədar məktəblərin mühafizəsi ilə bağlı xüsusi tapşırıqlar verib. Bu tapşırıqlara həm Baş Mühafizə İdarəsi, həm də digər daxili işlər orqanları əməl edir. Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, həmçinin akademiyalar mühafizə edilməlidir. Mühafizənin təşkili üçün isə həmin təhsil müəssisələrinin hər biri Baş Mühafizə İdarəsinə müraciət ünvanlamalıdır. Həmin müraciət əsasında da tərəfimizdən təhsil müəssisələrinin mühafizəsi təmin olunur.
- Təhsil müəssisələrinin mühafizəsini hansı şəraitdə həyata keçirirsiniz?
- Bu gün Baş Mühafizə İdarəsi hər bir obyekti yüksək səviyyədə mühafizə edir. Bunun üçün çox geniş imkanlarımız var. Mühafizə olunan obyektlərin hər birinə professional hazırlanmış əməkdaşlarımızı cəlb edirik. Həmçinin həmin müəssisələrin mühafizəsində ən son model texnikalardan istifadə olunur. Mühafizə olunan obyektlərin hər birinə xüsusi qurğular yerləşdirilib ki, həmin obyektdə hər hansı narahatedici fakt aşkarlanarsa, dərhal əməkdaşlarımız o obyekti nəzarətə götürür. Təhsil müəssisələrinin mühafizəsində təhlükəsizlik kameralarından da istifadə olunur ki, bu da bizim işimizi asanlaşdırır.
- Bu gün təhsil müəssisələrinin mühafizəsində maliyyə məsələləri ilə bağlı bəzi problemlərin olduğu danılmazdır...
- Bəli, problemlər mövcuddur. Bilirsiniz, Baş Mühafizə İdarəsi nazirliyin tərkibində yeganə idarələrdəndir ki, özü-özünü maliyyələşdirir. Biz hər hansı əməkdaşımızı hansısa obyektin mühafizəsinə cəlb ediriksə, onun bütün tələbatını da özümüz ödəyirik. Buna görə də bütün bu proses müqavilə əsasında aparılır. Mühafizə olunacaq obyekt müqavilə əsasında Baş Mühafizə İdarəsinə vəsait ödəməlidir. Bu vəsaitin məbləği isə mühafizə ediləcək obyektə cəlb olunan polis nəfərlərinin sayından və xidmət saatından asılıdır. Ödənilən vəsait əməkdaşların əmək haqlarına və vergiyə sərf olunur.
- Bu gün dövlət təhsil müəssisələrinin mühafizəsi üçün vəsait ayırır. Təhsil Nazirliyindən isə həmin vəsaitin təhsil ocaqlarında gözətçi ştatı üçün sərf olunduğu bildirilir. Bu vəsaiti təhsil müəssisələrinin mühafizəsinə sərf etmək olmazmı?
- Sizinlə tam razıyam. Qeyd etməliyəm ki, həmin gözətçilər sıravi vətəndaşlardır və hər hansı kurslarda belə iştirak etməyiblər, hazırlıqsızdırlar. Həmin şəxslərin yaranmış təhlükəyə adekvat cavab vermək bacarıqları yoxdur. Onların hər hansı təhlükə baş verəcəyi təqdirdə polislə əlaqəyə girmək imkanları da məhduddur. Üstündə silahı belə olmayan bir şəxsin təhsil müəssisəsini mühafizə etməsi mümkün deyil.
- Mühafizə olunan təhsil müəssisələri arasında özəl məktəblər varmı?
- Var, lakin çox azdır. Mühafizə olunan təhsil ocaqları arasında dövlət təhsil müəssisələri əksəriyyət təşkil edir.
- Bir müddət əvvəl qanlı hadisənin baş verdiyi Azərbaycan Dövlət Neft Akademiyasında mühafizə necə təşkil olunub?
- Dövlət Neft Akademiyası bu gün yüksək səviyyədə mühafizə olunur.
- Elə təhsil müəssisələri varmı ki, müəyyən olunmuş vəsaiti ödəyə bilməsin, lakin onun müraciətinə Baş Mühafizə İdarəsi tərəfindən müsbət cavab verilsin?
- Bəli, var. Elə məktəblər var ki, onlar bizə müraciət edirlər, lakin vəsaitlərinin olmadıqlarını bildirirlər. Belə olan halda biz həmin təhsil müəssisələrinin mühafizəsinə müəyyən köməklik göstəririk. Lakin ümumi götürəndə mühafizəni tam həyata keçirmək mümkün deyil. İstənilən obyektin mühafizəsi üçün lazım olan vəsait ödənilməlidir. Bu birmənalı olaraq vacibdir.
- Bu gün Azərbaycan neçə özəl mühafizə xidməti fəaliyyət göstərir?
- Azərbaycanda 25-ə yaxın özəl mühafizə xidməti fəaliyyət göstərir. Həmin müəssisələrinin hər biri bizimlə rəqabət aparır. Bu rəqabət sağlam rəqabətdir. Lakin onların imkanları o qədər də geniş deyil. Baş Mühafizə İdarəsi yeganə mühafizə idarəsidir ki, mühafizə olunan obyektlərə silahlı mühafizəçilər verir. Lakin özəl mühafizə xidmətlərinin bu imkanları yoxdur. İstər dövlət müəssisələri olsun, istərsə də digər müəssisələr bu amillərə diqqət yetirməlidirlər.
- Ölkədə fəaliyyət göstərən özəl mühafizə xidmətlərinin fəaliyyətindən razısınızmı?
- Bilirsiniz, mən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisiyəm. Mənim onların fəaliyyətinə qiymət verməyə ixtiyarım yoxdur. Onların fəaliyyətinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi nəzarət edir. Özəl mühafizə xidmətlərinin fəaliyyətinə yalnız onlar qiymət verə bilərlər. Mən hesab edirəm ki, ölkəmizdə özəl mühafizə xidmətlərinə ehtiyac var. Bununla belə, onu da deməliyəm ki, onlar Baş Mühafizə İdarəsi kimi fəaliyyət göstərə də bilməzlər. Çünki bizim ən azı 70 illik iş təcrübəmiz var. Arzu edirəm ki, gələcəkdə özəl mühafizə xidmətləri də bu səviyyəyə gəlib çatsın.
- DİN-in Baş Mühafizə İdarəsi bu gün ölkədə ümumilikdə neçə müəssisənin mühafizəsini təşkil edir?
- Bu gün Baş Mühafizə İdarəsinin 8 mindən artıq şəxsi heyəti var. Biz xüsusi dövlət obyektlərini də mühafizə edirik. Deyə bilərəm ki, Baş Mühafizə İdarəsi bu gün ölkədə 10 mindən artıq obyekti mühafizə edir. Onların böyük əksəriyyəti dövlət müəssisəsidir.
- Həmin müəssisələr dövlət hesabına mühafizə olunur?
- Bəli, bununla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı var. Mühafizə etdiyimiz dövlət müəssisələrinin hər biri lazım olan vəsaiti ilin əvvəlindən Baş Mühafizə İdarəsinin hesabına keçirir.
- Belə olan halda, Təhsil Nazirliyi bir dövlət qurumu olaraq bu prosesdən niyə kənarda qalır?
- Hər halda Təhsil Nazirliyi bu məsələ ilə maraqlanıb. Bildiyimə görə təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında deyib ki, hər bir təhsil müəssisəsinin öz mühafizəsini təşkil etməyə imkanı çatır. Belə olan halda, hər bir təhsil ocağının rəhbəri artıq özü fikirləşməlidir ki, bu vəziyyətdən necə çıxsın. İnanıram ki, hər bir təhsil müəssisəsinin rəhbəri istəsə, mühafizə üçün vəsait ayıra bilər. Bu, çox vacib məsələdir. Ona görə yox ki, hər hansı cinayət gözlənilir və onun qarşısını almaq lazımdır. Ona görə ki, təhsil müəssisələrində çalışan və oxuyan hər bir insanın taleyinə biganə qalmaq olmaz. Bir daha deyirəm ki, hər bir təhsil müəssisəsinin rəhbəri öz məktəbinin ərazisində ən azı video müşahidələrin aparılmasını təmin etməlidir. Bir mənalı olaraq bildirirəm ki, təhsil müəssisələrinin mühafizəsi olduqca zəruri məsələdir.
- Təhsil müəssisələrində müşahidə kameralarının quraşdırılması neçəyə başa gəlir?
- Baş Mühafizə İdarəsi tərəfindən mühafizə olunan hər bir obyektdə müşahidə kameraları quraşdırılır. Müşahidə kameralarının quraşdırılması təxminən 2 min manata başa gəlir. Hər bir obyektin mühafizəsində müşahidə kameralarının quraşdırılması çox vacibdir.
- Bir məktəbin mühafizəsi üçün nə qədər vəsait tələb olunur?
- Bu, xidmət növündən asılıdır. Elə obyektlər var ki, orada dörd nəfər gecə-gündüz mühafizə aparır. Həmin obyektlərdə mühafizə üçün bir aya təxminən 3000-3500 manat vəsait lazımdır. Lakin təhsil müəssisələrində bu qədər vəsaitə ehtiyac yoxdur. Bir təhsil müəssisəsini mühafizəsi təxminən 700-800 manata başa gəlir.
- Bu il Baş Mühafizə İdarəsi tərəfindən mühafizə olunan obyektlərə hər hansı silahlı basqın olubmu?
- Xeyr, bu il belə bir hal baş verməyib. Lakin texnika ilə mühafizə olunan obyektlərə girməyə cəhdlər olub. Orada olan siqnalizasiya sistemi vasitəsilə həmin cəhdlərin qarşısı alınıb.
- Mühafizə polisi bu il hansı cinayətlərin üstünü açıb? Ötən illərlə müqayisədə, cinayətlərin sayında artım varmı?
- Demək olar ki, cinayətlərin sayı sabit qalıb. Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu il qorunan obyektlərdə 5 oğurluq hadisəsinin qarşısı alınıb, nəticədə 4 nəfər tutulub. Ümumilikdə isə 22 cinayət hadisəsinin qarşısı alınıb, 24 nəfər tutulub. Bundan başqa, mühafizə polisi tərəfindən axtarışda olan 7 nəfər tutularaq istintaqa təhvil verilib. Habelə xeyli sayda silah-sursat tapılaraq aidiyyəti üzrə təhvil verilib. Tam əminliklə bildirirəm ki, bu gün Azərbaycanda kriminal durum tam nəzarət altındadır. Daxili işlər orqanları ölkədə sabitliyin və əmin-amanlığın qorunması istiqamətində var qüvvəsi ilə çalışır.
- Baş Mühafizə İdarəsi mühafizəçilərin sayını artırmaq barədə düşünürmü?
- Son 4 ildə bizim polis əməkdaşlarımızın sayı azalır. Ona görə ki, təqaüdə çıxan polis mühafizəçilərinin iş yerlərini ixtisar edirik. Bunun müqabilində biz mülki mühafizə xidməti əməkdaşlarının sayını artırırıq. Onlar tam polis səlahiyyətli şəxslərdir. Polis mühafizəçi hansı işi görürsə, mülki mühafizəçi də o işləri görür. Mülki mühafizəçi də silahlı olur və xidmətə qəbul olunanda Daxili İşlər Nazirliyinin xüsusi hazırlıq kurslarını keçir. Onların sadəcə rütbələri olmur.
- Polis mühafizəçilərin mülki mühafizəçilərlə əvəzlənməsi hansı zərurətdən yaranıb?
- Bu gün mühafizə xidməti əməkdaşlarının sayı artır. Ona görə ki, mühafizə olunan obyektlərin sayı çoxalır. Biz bütün obyektlərə polis mühafizəçisi cəlb edə bilmərik. O zaman Azərbaycanda polisin sayı-hesabı olmaz. Bu da dünya standartlarına ziddir. Ona görə də biz mülki-mühafizənin hesabına şəxsi heyətimizi artırırıq. Bu gün mülki-mühafizə xidməti əməkdaşlarının sayı 2 mindən artıqdır. Bununla belə, biz polis mühafizəçiləri tam ixtisar etmək niyyətində də deyilik. Artıq Azərbaycan inkişaf etmiş ölkələrdən biridir. Çalışırıq ki, ölkədə mühafizənin təşkili də beynəlxalq standartlara uyğun olsun.

3518