Məktəbdə bomba həyəcanı - FOTO
Sentyabrın 19-da saat 16.30 radələrində naməlum şəxs Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsinə zəng edərək rayonun Cavanşir Qasımov adına Bambaşı kənd orta məktəbində partlayıcı maddənin qoyulması barədə məlumat verib. APA-nın cənub bürosunun məlumatına görə, daxil olan anonim zəng əsasında rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri dərhal hadisə yerinə gəliblər.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
Bundan sonra anonim zəngi edən şəxsin müəyyən olunması istiqamətində işlərə başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış və Baş İnformasiya-Kommunikasiya idarələrinin birgə səyləri ilə yalan məlumatın elə həmin məktəbin şagirdi, 1993-cü il təvəllüdlü Rafət Rasət oğlu Asəfzadə tərəfindən verildiyi müəyyənləşdirilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

650