Sabirabad sakini Daşkəsəndə batdı
17 sentyabr 2010 16:57 (UTC +04:00)

Sabirabad sakini Daşkəsəndə batdı

Sentyabrın 16-da Daşkəsən rayonunda göldə batan şəxsin 1 gün sonra sudan cəsədi çıxarılıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 36 yaşlı Vahid Allahyar oğlu İsmayılov Sabirabad sakini olub.


Vahid İsmayılov Xaşbulaq kəndində qaz çəkilişində fəhlə kimi çalışırmış. Onun sərinləmək üçün kənddəki gölə girdiyi və bu zaman batdığı deyilir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar