Sumqayıtdakı qətlin təfərrüatları məlum olub
Sentyabrın 17-ə keçən gecə Sumqayıtda baş verən qətlin səbəbi məlum olub. Lent.az-ın məlumatına görə, Respublika Baş Prokurorluq hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda göstərilir ki, hadisə oğul Elxan Hacıyevin məhəllədə qonşularla davasından başlayıb. Elxan Hacıyev atasının da içində idarə etdiyi “VAZ-2107” markalı maşınla sərxoş vəziyyətdə evə qayıdarkən maşını küçədə saxladığı üçün qonşuları Emil və Ramin Məmmədov qardaşları ilə mübahisə ediblər. Mübahisə zamanı Elxan Hacıyev avtomobildən götürdüyü bıçaqla Ramin Məmmədovun sol qol nahiyəsinə xəsarət yetirib. Bu zaman Rasim Hacıyev oğlunu sakitləşdirmək istəyərkən Elxan atasını da sağ bud nahiyəsindən yaralayıb. Xəsarət güclü qanaxma ilə müşayiət olunduğundan Elxan Hacıyev atasını şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb, lakin həkimlərin göstərdikləri səyə baxmayaraq Rasim Hacıyevin həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elxan Hacıyev sentyabrın 17-də saat 03:00 radələrində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilmişdir.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.
Vüqar Baba

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15