Ordumuzun əsgəri həlak olub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 16-da Ağdam rayonunda yerləşən hərbi hissədə qeydə alınıb. Hərbi hissənin əsgəri Kərimov Amil Rəşid oğlu silahla ehtiyatsız davrandığı üçün atəş açılıb və onun əsgər yoldaşı Səmədov Rüfət Zaur oğluna dəyib. Həlak olan əsgərin Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilib.
Məlumata görə, hadisə əsgəri silah boşaldarkən baş verib. Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, hadisə əsgəri silah boşaldarkən baş verib. Faktla bağlı cinayət işi başlanıb.
605