Yanacaqdoldurma məntəqəsi partladı: 3 yaralı
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05.30 radələrində rayonun Digah kəndi ərazisində, Ələt-Astara avtomobil yolunun kənarında yerləşən “Diqaz” yanacaqdoldurma məntəqəsində baş verib. Əvvəlcə maye qazla dolu çənlərin biri partlayıb. Yanğının əhatə dairəsinin genişlənməsi daha iki çənin partlamasına səbəb olub. Partlayış zamanı məntəqənin işçilərindən Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Teymur Əlimusa oğlu Əliverdiyev, Lənkəran rayonunun Cil kənd sakinləri, 1964-cü il təvəllüdlü Firdovsi Balaxan oğlu Əkbərov və 1966-cı il təvəllüdlü İzzət Qüdrət oğlu Rufullayev müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin xilasediciləri və yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
546