30 ölkədəki 200 min kompüterdən ibarət hesablama şəbəkəsi istifadəyə verildi
Avropada 30-dan çox ölkədə yerləşən 200 min kompüterdən ibarət paylayıcı şəbəkə istifadəyə verilib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının pres-relizində qeyd olunur ki, şəbəkənin elmi hesablamalar üçün tətbiq olunması nəzərdə tutulur.
“European Grid Infrastructure” (EGI) layihəsi çərçivəsində təşkil olunmuş sistem elmi məqsədlərdə istifadə olunan ən böyük paylayıcı şəbəkə olacaq. Onun köməyi ilə alimlər ətraf mühitin qorunması, səhiyyə və energetika sahələrinə dair məsələləri həll edəcəklər. Layihənin ümumi büdcəsi 73 milyon avro təşkil edir. Bu vəsaitdən 25 milyon avro Avropa Komissiyasının büdcəsindən, qalan məbləğ isə Avropa Birliyinə üzv ölkələrdən ayrılacaq.
Layihə çərçivəsində 300 data-mərkəzdə yerləşdirilən kompüterlərin gücləri istifadə olunacaq.
Qeyd edək ki, EGI-dən əvvəl tətbiq olunan “Enabling Grid for eScience” şəbəkəsi hazırda 13 mindən artıq alim, o cümlədən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) əməkdaşları tərəfindən Böyük Adron Kollayderdə aparılan tədqiqatlar zamanı alınan məlumatların emalı üçün istifadə olunur.

602