BQXK nümayəndələri əsirlikdə olan hərbçilərimizə baş çəkiblər
16 sentyabr 2010 18:20 (UTC +04:00)

BQXK nümayəndələri əsirlikdə olan hərbçilərimizə baş çəkiblər

Bu barədə APA-ya BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Azərbaycan Ordusunun çavuşları, 1985-ci il təvəllüdlü Roman Hüseynov və 1990-cı il təvəllüdlü Anar Hacıyevə baş çəkiblər. İ. Hüseynova görüşün təfərrüatları barədə əlavə məlumat verməsə də, BQXK nümayəndələrinin erməni əsirliyində olan üçüncü Azərbaycan vətəndaşı, mülki şəxs Eldar Tağıyevlə görüşmədiklərini qeyd edib.

Qeyd edək ki, kiçik çavuş Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Erməni əsirliyində olan Azərbaycan vətəndaşı 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin meyiti də ermənilərin əlindədir. Ermənilər Milli Qəhrəman, gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitini qaytarmırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar