55 yaşlı qadın qəbiristanlıqda intihar etdi
Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Hadisə ötən gecə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Bakı şəhər sakini, 55 yaşlı Seyidxanım Abdullayeva yaxınlarının məzarı üstündə sirkə turşusu içərək intihar edib. Onun meyiti hadisə baş verəndən xeyli sonra qəbiristanlıq nəzarətçisi tərəfindən tapılıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
694