Hava limanından yüz minlərlə avro və külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Böyük Britaniyanın BMİ şirkətində (“British Airways” şirkətinin regional bölməsi) supervayzer işləyən Müzəffər Ələsgərov təyyarələrin yük yerlərindən oğurluq edib. O, təyyarələrin yük yerlərindən ayrı-ayrı vaxtlarda Azərbaycan vətəndaşlarına və əcnəbilərə məxsus yüklərdən yüz minlərlə avro və külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Müzəffər Ələsgərov yaxalanıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama), 177.2.2-ci (təkrar törədildikdə) və 177.3.2-ci (oğurluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi üzrə xeyli sayda zərərçəkmiş var. Onların arasında Azərbaycan və xarici ölkələrdən olan vəzifəli şəxslər də var.
Faktla bağlı başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin xidmət rəisi Məhərrəm Səfərli APA-ya açıqlamasında bu hadisənin AZAL-a heç bir aidiyyəti olmadığını, şirkətin sistemində Müzəffər Ələsgərov adlı şəxsin çalışmadığını bildirib.

Oxşar yazılar

Gəncədə 2 nəfər bıçaqlandı
28 avqust 2025 , 11:27
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
28 avqust 2025 , 10:37
Naxçıvan hava limanında 10 minlik OĞURLUQ: saxlanılanlar var
28 avqust 2025 , 10:30
Qəbələdə FACİƏ: 15 yaşlı uşaq velosipeddən yıxılıb öldü
28 avqust 2025 , 10:14
Bakıda külək maşını belə aşırdı - POLİSDƏN MÜRACİƏT
28 avqust 2025 , 10:06Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralananlar var - YENİLƏNİB
28 avqust 2025 , 09:45
Zərdabda QANLI OLAY: dəhrəni belinə sancdı
28 avqust 2025 , 09:23